image-iran-bayraqbackend

İranda şok: bu xalqlar müstəqillik tələb etdilər – İddia

İranda kürd, bəluc, əhvazi, azərbaycanlı, türkmən və qaşqayları təmsil edən 19 siyasi partiya və hərəkat birgə bəyanat yayıb.

Referans Media xəbər verir ki, bu iddia ilə “Mossad”a məxsus sosial media səhifəsi çıxış edib.

Bildirilir ki, bəyanatda İran İslam Respublikasının devrilməsi və bu millətlərin öz müqəddəratını təyin etmək hüququnun tanınması tələb olunub:

“Bəyanatda milli, mədəni və dil ayrı-seçkiliyinin bütün formaları rədd edilir.

Qruplar həmçinin beynəlxalq ictimaiyyəti, insan haqları təşkilatlarını və azad medianı İran rejimi tərəfindən həyata keçirilən sistemli repressiya, qətl və hüquq pozuntularını görməzlikdən gəlməməyə çağırıblar”.

Qeyd edək ki, hələlik sözügedən iddiaya Tehrandan reaksiya verilməyib./globalinfo


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki