İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, Livandakı atəşkəs müharibəyə son qoyacaq yekun razılaşmanın ayrılmaz hissəsidir.
Onun sözlərinə görə, Livanda baş verən proseslərin əsas iştirakçısı ABŞ-dır və İsrail görünən atəşkəsə baxmayaraq Livanda və işğal olunmuş Fələstin ərazilərində hücumlarını davam etdirir.
Bəqayi həmçinin ABŞ ilə aparılan danışıqların etimad mühitində deyil, şübhə və etimadsızlıq şəraitində başladığını qeyd edib. O bildirib ki, Vaşinqtonun ziddiyyətli açıqlamaları danışıqlar prosesini uzadır.
Qeyd edək ki, İsrailin Baş naziri Benjamin Netanyahu bu gün orduya Beyrutun Dahiye bölgəsinə hava zərbələri endirmək tapşırığı verib.
