image-12irbackend

İrandan Netanyahu və Trampla bağlı gözlənilməz paylaşım

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani İsrailin Baş naziri Binyamin Netanyahu və ABŞ Prezidenti Donald Trampı İran xalqının “əsas qatilləri” adlandırıb.

Laricani bu barədə sosial media hesabında paylaşım edərək yazıb:

“İran xalqının əsas qatillərinin adlarını açıqlayırıq: 1 – Tramp, 2 – Netanyahu.”

Bu açıqlama ABŞ Prezidenti Donald Trampın İranda davam edən etirazlarla bağlı çağırışına cavab olaraq səsləndirilib. Tramp daha əvvəl etirazçıları aksiyaları davam etdirməyə və hökumət binalarını ələ keçirməyə çağırıb.

“Reuters” agentliyinin İran rəsmisinə istinadən yaydığı məlumata görə, ölkədə baş verən iğtişaşlar zamanı həlak olanların ölümü terrorçuların fəaliyyəti ilə əlaqələndirilib. Bildirilib ki, ölənlər arasında həm etirazçılar, həm də təhlükəsizlik qüvvələrinin əməkdaşları var.

Donald Tramp isə İranda etirazçılara qarşı təzyiqlər dayandırılmayana qədər Tehranla bütün diplomatik görüşləri ləğv etdiyini açıqlayıb və “kömək yoldadır” ifadəsini işlədib.//globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki