İranın Sistan və Bəlucistan əyalətinin Zabol şəhəri son 24 saat ərzində qeydə alınan 47,6°C temperaturla dünyanın ən isti şəhəri olub.
Referans Media xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Məlumata görə, Zabol ən yüksək temperaturun müşahidə edildiyi yaşayış məntəqələri arasında ilk sırada qərarlaşıb.
Siyahıda Səudiyyə Ərəbistanının Əl-Əhsa (47,4°C) , Pakistanın Sibi (47°C), Səudiyyə Ərəbistanının Yanbu şəhərləri (47°C) qərarlaşıb.
Mütəxəssislər bölgədə davam edən isti hava dalğasının yaxın günlərdə də yüksək temperatur göstəricilərinə səbəb ola biləcəyini bildirirlər.
