image-raket_partlayisbackend

İranın üçüncü böyük şəhərində silsilə partlayışlar – Nüvə reaktoru vurulub?

İranın cənubunda yerləşən İsfahan şəhərində silsilə partlayış səsləri eşidilir.

Referans Media xəbər verir ki, bu barədə “Nour News” agentliyi məlumat yayıb.

Agentlik digər məlumatları təqdim etmir.

İsfahan Tehran və Məşhəddən sonra İranın üçüncü böyük şəhəridir. Açıq mənbələrdən alınan məlumatlara görə, burada eksperimental nüvə reaktoru və nüvə yanacağı istehsalı üçün infrastruktur mövcuddur.

Həmçinin burada iri neft emalı zavodu, hərbi hava qüvvələrinin bazası və təyyarəqayırma zavodu yerləşir.//publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki