ABŞ-dan yayılan müxtəlif məlumatlarda iddia olunur ki, ölkənin strateji aviasiyasına məxsus B-2 tipli bombardmançı təyyarələr yaxın saatlarda İran hava məkanına daxil ola bilər.
Referans Media xəbər verir ki, bu barədə “sky news” məlumat yayıb.
Qeyd olunub ki, söhbətin “Northrop B-2 Spirit” tipli uzaqmənzilli, radara görünməyən bombardmançı təyyarələrdən getdiyi bildirilir. Həmin təyyarələr ABŞ-ın ən strateji hava vasitələrindən biri hesab olunur və uzun məsafəli zərbələr üçün istifadə edilir.
Rəsmi Vaşinqton və ya Tehran tərəfindən məsələ ilə bağlı hələlik hər hansı təsdiqedici açıqlama verilməyib./Globalinfo.az























