İranla İsrail arasında atəşkəs elan olundu backend

İranla İsrail arasında atəşkəs elan olundu 

İran və İsrail arasında atəşkəs rejimi qüvvəyə minib.

Referans xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Bildirilib ki, İran tərəfindən Bakı vaxtı ilə səhər saat 08:00-dən atəşkəs qüvvəyə minib.

Bununla yanaşı, İranın xarici işlər naziri Abbas Araqçı “X” hesabında paylaşım edərək ölkəsinin İsrailə qarşı hərbi əməliyyatları yerli vaxtla 04:00-da dayandırdığını yazıb.

O, həmçinin İsrailə iyunun 13-dən bu günə qədər davam edən hücumlarda iştirak edən iranlı hərbçilərə minnətdarlığını bildirib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp gecə saatlarında etdiyi paylaşımında 6 saat ərzində ilk olaraq İranın, sonra isə İsrailin atəşkəsə başlayacağını bildirmişdi. Onun sözlərinə görə, 24 saat ərzində 12 günlük müharibənin rəsmi sonu olmalıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki