ABŞ-ın dövlət katibi Marko Rubio İraqda oğurlanan amerikalı jurnalist Şelly Kittlesonun azad edildiyini təsdiqləyib.
Referans Media xəbər verir ki, Rubio sosial şəbəkədəki paylaşımında bildirib:
“İraqda, Bağdad yaxınlığında Kataib Hizbullah üzvləri tərəfindən oğurlanan amerikalı jurnalist Şelly Kittlesonun azad edildiyini məmnuniyyətlə elan edirəm.”
O əlavə edib ki, ABŞ Dövlət Departamenti jurnalistin İraqdan təhlükəsiz şəkildə ayrılmasına dəstək göstərmək üçün çalışır.
Daha əvvəl Kataib Hizbullah qruplaşması da Kittlesonun azad edildiyini açıqlamışdı.






















