image-iran-absbackend

İraqda qəzaya uğrayan ABŞ təyyarəsində 4 ekipaj üzvü ölüb

ABŞ Mərkəzi Komandanlığı İraqın qərbində qəzaya uğrayan KC-135 Stratotanker yanacaq doldurma təyyarəsində olan ekipaj üzvlərindən 4 nəfərin öldüyünü açıqlayıb.

Məlumata görə, təyyarədə ümumilikdə 6 ekipaj üzvü olub və axtarış-xilasetmə işləri davam edir. İlkin araşdırmalara əsasən, qəza dost və ya düşmən atəşi nəticəsində baş verməyib.

Hadisə ilə bağlı araşdırma aparılır. Hərbçilərin kimliyi isə yaxınlarına məlumat verildikdən sonra açıqlanacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki