backend

İsa Həbibbəylinin güllələnən qohumu haqda yeni faktlar

Xəbər verdiyimiz kimi, Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəylinin baldızı oğlu Nicat güllə yarasından həyatını itirib.

Referans Media xəbər verir ki , Globalinfo.az-ın əldə etdiyi məlumata görə, Nicat akademik İsa Həbibbəylinin himayəsində olub.

O, müəyyən müddət Naxçıvanda gömrük xidmətində işləyib. Həmçinin 2008-2011-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin İnkişafı Departamentində çalışıb.

Mərhumun 37-38 yaşlarında olduğu deyilir. İlkin versiyaya görə, o özü həyatına son qoyub.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki