Azərbaycanda indiyədək yaşa görə pensiya alan 1300-dən çox işləyən pensiyaçının pensiyası 6 illik yenidən hesablanma ilə əlaqədar yenidən hesablanaraq artırılıb.
Referans Media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, işləyən pensiyaçıların pensiyalarının bu qaydada yenidən hesablanması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən ilin sonundan proaktiv mexanizm üzərindən avtomatik qaydada həyata keçirilir.
Müvafiq qaydada pensiyaları yenidən hesablanan şəxslərə bu barədə SMS bildirişləri ilə məlumat da göndərilir.
Qeyd edək ki, Azərbaycanda yaşa görə pensiya təyin edilmiş şəxs pensiya təyinatından sonra işləməkdə davam etdikdə bu iş dövrünün 6 ili tamam olduqda onun pensiyası yenidən hesablanaraq artırılır.
