Hindistanın şimal-şərqində daşqınlar: Ölənlərin sayı 78-ə çatdı

Hindistanın Assam ştatında baş verən güclü daşqınlarda həyatını itirənlərin sayı 78-ə yüksəlib.

Assam Ştatının Fövqəladə Halların İdarə Olunması Qurumunun (ASDMA) məlumatına görə, son olaraq daha 3 nəfərin meyiti tapılıb. Hazırda axtarış-xilasetmə və yardım əməliyyatları davam edir.

Ştatın baş naziri Himanta Bisva Sarma bildirib ki, təbii fəlakətdən 1,1 milyondan çox insan zərər çəkib, 8 nəfər isə itkin düşmüş hesab olunur. Bölgədə 1718 müvəqqəti yardım mərkəzi fəaliyyət göstərir.

Hindistan Meteorologiya Departamenti növbəti 3–4 gün ərzində Assamın müxtəlif bölgələrində güclü və çox güclü yağışların davam edəcəyi barədə xəbərdarlıq edib. Sakinlərə zəruri olmadıqca səfər etməmək tövsiyə olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki