Çin ABŞ-ın humanoid robot qərarına etiraz etdi

Çin Ticarət Nazirliyi ABŞ-ın xarici ölkələrdə istehsal olunan humanoid robotları milli təhlükəsizlik riski elan etməsinə sərt reaksiya verib.

Nazirliyin sözçüsü bildirib ki, ABŞ Federal Rabitə Komissiyasının (FCC) qərarı Çin şirkətləri və məhsullarına qarşı ayrı-seçkilik xarakteri daşıyır. O, Vaşinqtonu milli təhlükəsizlik anlayışını həddindən artıq genişləndirməkdə ittiham edib.

Pekin hesab edir ki, bu addım Çinin qanuni ticarət maraqlarına zərər vurur, iki ölkə arasında iqtisadi münasibətlərin sabitliyini pozur və qlobal sənaye-təchizat zəncirlərinə mənfi təsir göstərir.

Çin tərəfi ABŞ-ı qərardan imtina etməyə çağırıb və əks halda öz qanuni hüquq və maraqlarını qorumaq üçün qəti tədbirlər görəcəyini bəyan edib.

Qeyd edək ki, ABŞ Federal Rabitə Komissiyası (FCC) milli təhlükəsizlik riski hesab etdiyi xarici məhsullar siyahısını genişləndirərək humanoid və dördayaqlı robotları, eləcə də şəbəkəyə inteqrasiya olunan enerji invertorlarını da bu siyahıya daxil edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki