Fransanın Oranj şəhərində bir mənzildə aparılan axtarış zamanı karton qutuların içərisində beş yeni doğulmuş körpəyə aid olduğu ehtimal edilən sümük qalıqları aşkarlanıb.
Hadisə 32 yaşlı qadının evdə sağlam uşaq dünyaya gətirdikdən sonra xəstəxanaya yerləşdirilməsi ilə üzə çıxıb. Qadının həyat yoldaşı evdə axtarış apararkən insan qalıqlarına bənzər hissələr taparaq bu barədə xəstəxanaya məlumat verib.
İlkin ekspertiza qalıqların beş yeni doğulmuş körpəyə aid ola biləcəyini göstərib. Dəqiq nəticənin müəyyənləşdirilməsi üçün meyitlər üzərində ekspertiza aparılacaq.
Faktla bağlı qətl maddəsi ilə cinayət işi başlanılıb. Cütlüyün 8 və 9 yaşlarında daha iki övladının olduğu bildirilir. İstintaq davam edir.
