Xəbər verdiyimiz kimi, ötən gün Oğuzda baş vermiş ağır yol qəzasında 39 yaşlı Əbdülrəhim Məmmədəliyev həlak olub.
Referans Media xəbər verir ki, hadisə vaxtı Ə.Məmmədəliyevin qohumu ilə xəstəxanaya getdiyi məlum olub.
Qeyd edək ki, hadisə səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində baş verib. “Mercedes” və “VAZ-2109” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ” ın sürücüsü, 1987-ci il təvəllüdlü Əbdülrəhim Namizəd oğlu Məmmədəliyev vəfat edib./Qafqazinfo/
Faktla bağlı araşdırma aparılır.
