Pakistanın Xeybər Paxtunxva əyalətində polis nəzarət-buraxılış məntəqəsinə silahlı hücum nəticəsində 9 polis əməkdaşı həlak olub, 28 nəfər yaralanıb.
Yerli KİV-in məlumatına görə, hücumu Pakistan Talibanı (TTP) həyata keçirib. Təhlükəsizlik qüvvələrinin cavab əməliyyatı zamanı 15 silahlı şəxs zərərsizləşdirilib.
Qeyd edək ki, Pakistanın Əfqanıstanla sərhəddə yerləşən Xeybər Paxtunxva və Bəlucistan əyalətlərində son illər silahlı hücumlar intensivləşib. İslamabad TTP-nin hücumları Əfqanıstan ərazisindən təşkil etdiyini iddia etsə də, Kabul bu ittihamları rədd edir.
