İsrail ABŞ-la 20 illik yeni müqavilə imzalayacaq – Netanyahu hərəkətə keçdi

  İsrail ABŞ-la 20 illik təhlükəsizlik müqaviləsi bağlamaq üçün danışıqlar aparmağı planlaşdırır.

Bu barədə “Axios” portalı məlumat yayıb.

“İsrail ABŞ-la yeni 20 illik təhlükəsizlik müqaviləsi bağlamağa çalışır. Hansı ki, bu, indiki müddəti ikiqat artırmaq və Prezident Donald Tramp administrasiyasının dəstəyini təmin etmək üçün çox vacibdir. Beləliklə, İsrail ABŞ-dan illik ən azı 4 milyard dollar hərbi yardım almaq istəyir. Lakin İsrailə qarşı artan narazılıq səbəbindən razılığa gəlmək indi daha çətin olacaq”, – deyə Axios qeyd edib.

Hazırda İsrail və ABŞ arasında 2028-ci ildə müddəti bitən və İsrailə hərbi yardımı da nəzərdə tutan 10 illik anlaşma memorandumu mövcuddur. İsrail 2026-cı ildə yeni bir müqavilə əldə etməyi planlaşdırır.

Portal xatırladır ki, 1998-ci ildən bəri ABŞ və İsrail üç 10 illik çərçivə müqaviləsi bağlayıb. Beləliklə, İsrail 1998-ci ildə 21,3 milyard, 2008-ci ildə 32 milyard və 2016-cı ildə 38 milyard dollar yardım alıb./Globalinfo.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki