İsrail ordusu Livanda hərbi əməliyyatlara başlayıb.
Referans Media xəbər verir ki, İsrail Baş Qərargah rəisi Eyal Zamir hücumun başladığını elan edib.
Onun sözləri yerli 12-ci kanalda yayımlanıb.
İsrail Müdafiə Qüvvələrinin sözçüsü Aviçai Edri də bu barədə məlumat paylaşıb.
“Hizbullah” raketlərini buraxdıqdan qısa müddət sonra Beyrutda və Livanın cənubunda təşkilatın rəhbərliyini, qərargahını və terrorçu infrastrukturunu hədəf alan ilk genişmiqyaslı reydlər dalğasına başladıq.
Həmçinin, Livanın cənubundakı sakinlərin təhlükəsizliyi üçün onları təxliyə etmək üzərində işləyirik”, – deyə o yazıb.
Endrinin sözlərinə görə, hücumlar davam edəcək və qüvvələr artırılacaq.
O əlavə edib ki, Şimali İsrail sakinlərinin təxliyəsi ilə bağlı heç bir plan yoxdur.
Xatırladaq ki, fevralın 28-də ABŞ İsraillə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb.
Əliyar Xəlil























