İsrail elan etmişdi: zərbələrə başladı – Detallar

İsrail ordusu Livan ərazisində “Hizbullah” və HƏMAS-a məxsus hədəflərə zərbələr endirməyə başlayıb.

Referans Media  xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

“Daha əvvəl İsrail Silahlı Qüvvələrinin sözçüsü ordunun Livanın şərqində, Bəkaa vadisində yerləşən Hammara və Ayn əl-Tinə kəndlərində, eləcə də ölkənin cənubundakı Kfar Hatta və Anan yaşayış məntəqələrində “Hizbullah” və HƏMAS-ın hərbi infrastrukturunu hədəf almağı planlaşdırdığını açıqlamışdı”, – deyə bildirilib.

Hazırda zərbələrin nəticələri və mümkün itkilər barədə rəsmi məlumat verilməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki