İsrail geri çəkilməyəcək! – Katz iki vacib məqamı açdı

  İsrailin müdafiə naziri İsrael Katz Qəzza şəhərinin alovlandığını deyib.

Referans.az   xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsindəki səhifəsində yazıb.

Nazir Fələstinin radikal HƏMAS hərəkatı tamamilə məhv edilənə və 2023-cü ilin oktyabrında silahlılar tərəfindən oğurlanan girovlar azad olunana qədər hücumu davam etdirmək planlarını təsdiqləyib.

 “İsrail öz missiyası tamamlanana qədər geri çəkilməyəcək və təzyiqi azaldmayacaq”, – deyə o əlavə edib.

Qeyd edək ki, sentyabrın 16-na keçən gecə İsrail Qəzza şəhərini ələ keçirmək üçün hərbi əməliyyata başlayıb./Globalinfo.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki