image-israil-her-aksam-beyrut-u-vuruyor-canli-yayinda-19652231_7682_ampbackend

İsrail hər gecə Beyrutu bombalayır: Şiddətli partlayışlar canlı yayımlanır

İsrail Livanın paytaxtı Beyrutda yeni hava hücumları həyata keçirir. Şəhərin bir çox nöqtəsi müasir döyüş təyyarələri və raketlərlə hədəfə alınıb, partlayışlar isə canlı yayımda anbaan görüntülənib.

Referans Media xəbər verir ki, Livan Səhiyyə Nazirliyi məlumat verib ki, 2 mart tarixindən indiyədək İsrailin hücumlarında 687 nəfər ölüb, 1774 nəfər yaralanıb. Eyni zamanda, Livan hökuməti bildirib ki, bu müddət ərzində sığınacaqlara 822600 nəfər müraciət edib.

Beyrutun müxtəlif bölgələrindən qalxan tüstülər və dağıntılar müşahidə edilir. İsrail təyyarələri xüsusilə Ramle Beyda və Aramun bölgələrini hədəf alıb. Ramle Beyda hücumunda 12 nəfər ölüb, 28 nəfər yaralanıb, Aramun bölgəsində isə 5 nəfər həlak olub, 7 uşaq yaralanıb.

Hücumlarda mülkilərin yaşadığı binalar, eləcə də Beyrutun Dahiye bölgəsindəki bir universitet fakültəsi vurulub. Cənubda Bint Cubeyl rayonunda bir avtomobilə edilən hücumda 3 nəfər ölüb, universitetdə isə 2 nəfər həlak olub. Sayda şəhərinin Arki bölgəsində də 9 nəfər həyatını itirib, 7 nəfər yaralanıb.

İsrail ordusu 2 mart tarixində, Livan tərəfindən raket atıldığını aşkar etdikdən sonra ölkənin şimalında siqnal sistemini işə salıb. Daha sonra isə Livanın bütün ərazisinə hava hücumları başlatdığını açıqlayıb. Hücumlar həm havadan, həm də dənizdən intensiv şəkildə davam edir.

Livanda baş verən bu hücumlar mülki şəxslər üçün ciddi təhlükə yaradır və beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki