image-beyrut1backend

İsrail ordusu Livanı vurdu: 31 ölü 

İsrailin Livana endirdiyi hava zərbələri nəticəsində 31 nəfər ölüb, 149 nəfər isə yaralanıb.

Referans Media bildirir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.

İsrail Hərbi Hava Qüvvələri Livanın paytaxtı Beyruta və cənubunda yerləşən Sarifa şəhərinə zərbələr endirib.

Referans Media  xəbər verir ki, bu barədə Teleqram kanallarında görüntülər paylaşılıb.

Zərbələr nəticəsində hər iki şəhərdə dağıntılar olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki