İsrail ordusu Suriyanın Əs-Suveyda əyalətinə doğru hərəkət edən tanklara zərbələr endirib.
Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, onların Suriyanın cənubunda mövcudluğu yəhudi dövləti üçün təhlükə yarada bilər.
Bəyanatda deyilir ki, İsrail ordusu Suriyanın cənubunda hərbi təhlükənin yaranmasına imkan verməyəcək və ona qarşı lazımi addımlar atacaq./Globalinfo.az