Referans Media xəbər verir ki, bu barədə ölkənin Kəşfiyyat Nazirliyi məlumat yayıb.
“Son bir neçə gün ərzində Amerika-Sionist düşməninin muzdlusu olan 30 casus müəyyən edilərək saxlanılıb”, – bəyanatda bildirilib.
Bundan əvvəl “Nationalnews” nəşri məlumat vermişdi ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” xüsusi bölməsinə komandanlıq etmiş eks-general İsmayıl Qaani İsrailin “Mossad” kəşfiyyatına casusluq etməkdə şübhəli bilinir.//publik.az























