İsraildə müharibənin acı nəticəsi: onlarla ölü, mindən çox yaralıbackend

İsraildə müharibənin acı nəticəsi: onlarla ölü, mindən çox yaralı

  İsrailə qarşı həyata keçirilən İran hücumları nəticəsində 28 nəfər həlak olub, 1472 nəfər isə yaralanıb.

Bu barədə İsrail Baş naziri Ofisinin müşaviri Dmitri Hendelman məlumat verib.

Hendelmanın sözlərinə görə, müharibə başlayandan bəri İsrail ərazisinə təxminən 550 raket atılıb, 1000-dən çox pilotsuz uçuş aparatı buraxılıb.

O, əlavə edib ki, İsrail Vergi İdarəsinə ziyanların ödənilməsi ilə bağlı 38700 müraciət daxil olub. İranın hava hücumları nəticəsində 15500-dən çox insan evsiz qalıb.

“Vesti İsrail” nəşrinin məlumatına görə isə, İsrailin hava məkanı bir müddət bağlı qalıb və təxminən 150 min vətəndaş evlərinə qayıda bilməyib./Globalinfo.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki