İsrailin Livanın paytaxtı Beyruta endirdiyi zərbə nəticəsində İranın dörd diplomatı ölüb.
Referans Media xəbər verir ki, bu barədə İranın BMT-dəki Daimi Nümayəndəliyi məlumat yayıb.
Bildirilir ki, hadisə martın 8-i səhər saatlarında diplomatların müvəqqəti qaldığı oteldə baş verib.
İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani baş katib Antonio Quterreşi Beyrutda dörd iranlı diplomatın qətlinə görə İsraili qınamağa çağırıb.//Teleqraf
