image-iran-tehranbackend

İran bu gecə onları itirdi – ŞOK ADLAR 

İsrailin hücumu nəticəsində həlak olan yüksək rütbəli İran rəsmilərinin adları açıqlanıb.

İsrailin İranın strateji obyektlərinə həyata keçirdiyi hücum nəticəsində həlak olan yüksək rütbəli İran rəsmilərinin adları açıqlanıb.

Məlumata görə, hücum zamanı aşağıdakı şəxslər həyatını itirib:

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri

SEPAH-ın baş komandanı Hüseyn Salami

SEPAH Aerokosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadə

İran Atom Enerjisi Təşkilatının sabiq rəhbəri Fereydun Abbasi

İran Baş Qərargahının “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının komandanı, general-mayor Qulam Əli Rəşid

Nüvə fizikası üzrə alim, İranın nüvə proqramının əsas fiqurlarından biri Məhəmməd Mehdi Tehranci

İranın Ali Rəhbəri Ayətullah Xameneinin müşaviri Əli Şamxani

Hadisə beynəlxalq aləmdə ciddi narahatlıq doğurub və regionda vəziyyətin daha da gərginləşəcəyi ilə bağlı ehtimallar artır./Milli.Az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki