image-araqci-1backend

İsrailin İranla bağlı planı ortaya çıxdı: Araqçıdan etiraf

“İsrail ABŞ-ı İrana qarşı münaqişəyə sürükləməyə cəhd göstərir”.

Bu barədə İranın xarici işlər naziri Abbas Araqçı “X” sosial şəbəkəsində yazıb.

“İsrail həmişə ABŞ-ı onun tərəfini tutmağa və müharibələrə cəlb etməyə çalışıb. Lakin bu dəfəadətən pərdəarxasında deyilənləri açıq şəkildə ifadə edirlər. Küçələrimizdə qan axıdıldığı bir vaxtda İsrail nümayəndələri fəxrlə bildirirlər ki, etirazçılar döyüş silahları ilə silahlandırılıb və bu da yüzlərlə ölümün səbəbidir. Prezident Tramp artıq qətllərin qarşısını almaq üçün hara və necə müdaxilə etməli olduğunu dəqiq bilməlidir”, – Araqçı vurğulayıb.

Nazirin paylaşımına İsrailli jurnalist Tamir Moragın şərhi də əlavə edilib. Həmin paylaşımda Morag xarici qüvvələrin İran etirazçılarını odlu silahlarla təmin etdiyini yazıb.//globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki