İstanbul üçün tarix verildi: Həftəsonu başlayacaq

Meteorologiya Baş İdarəsi 25 dekabr hava proqnozunu açıqlayıb. Proqnoza əsasən, ölkə üzrə temperaturun azalması gözlənilir, bir sıra bölgələrdə yağış və qar yağıntıları müşahidə olunacaq. İstanbulda qar yağışının bazar günü başlayacağı bildirilir.

Referans Media xəbər verir ki, ölkə ərazisinin böyük hissəsində hava parçalı və çoxbuludlu olacaq. Marmara, Egey, Qərbi Aralıq dənizi, Mərkəzi Anadolunun cənub və qərb hissələri, Orta və Şərqi Qara dəniz sahilləri, həmçinin Zonguldak, Düzce, Bolu və Sinop ətraflarında yağış və leysan gözlənilir. Artvin və Ardahan ətraflarında isə qarla qarışıq yağış və qar ehtimal olunur.

Yağıntıların Antalyanın şərqində yerli olaraq güclü olacağı, şimal, daxili və şərq bölgələrində duman və çən hadisələrinin müşahidə ediləcəyi qeyd edilib.

İstanbulda bu gün yağışlı hava şəraiti davam edəcək, həftəsonundan etibarən isə qar yağacağı gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki