İstanbulda güclü zəlzələ: 

  “Zəlzələdən sonra İstanbulda tələfat qeydə alınmayıb”.

Referans.az xəbər verir ki, bunu İstanbul valisi Davud Gül Mərmərə dənizində baş verən 5 maqnitudalı zəlzələ ilə bağlı açıqlamada deyib.

Vali əlavə edib ki, rəsmi qurumlar vəziyyəti nəzarətdə saxlayır.

Türkiyənin İstanbul şəhərində zəlzələ olub.

 Referans.az  xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Avropa Seysmoloji Mərkəzinin məlumatına əsasən, zəlzələ 5 maqnitudalı olub.

AFAD zəlzələnin Tekirdağ bölgəsində, Mərmərə dənizi sahilində baş verdiyini bildirib.

Dağıntılar barədə hələlik məlumat yoxdur.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki