image-esenyurt-ta-bir-sitede-2-kisi-silahla-vurulmus-19598704_4143_ampbackend

İstanbulda qanlı gecə: Qətl, yoxsa hesablaşma?

İstanbulun Esenyurt rayonunda yerləşən yaşayış binasında iki nəfər silahla vurulmuş vəziyyətdə ölü tapılıb.

Referans Media xəbər verir ki, hadisə Adile Naşit Bulvarı üzərində yerləşən binada baş verib. Silah səslərini eşidən sakinlərin məlumatı əsasında əraziyə polis və təcili tibbi yardım briqadaları cəlb olunub.

Binanın 5-ci mərtəbəsinin dəhlizində aşkarlanan şəxslərin Mehmet Eren Kahramanlar (36) və Fevzi Kılıç (33) olduğu müəyyən edilib. Həkimlərin ilkin müayinəsinə əsasən, hər iki şəxs hadisə yerində həyatını itirib.

Hadisə yerinə baxış zamanı 1 ədəd tapança və 8 ədəd boş giliz aşkarlanıb. Silahın meyitlərdən birinin başı altında olduğu bildirilib. Cəsədlər ekspertiza üçün məhkəmə-tibb ekspertizasına təhvil verilib.

Araşdırma zamanı məlum olub ki, Mehmet Eren Kahramanlar müxtəlif maddələrlə, o cümlədən narkotik dövriyyəsi ilə bağlı 31 cinayət qeydiyyatına, Fevzi Kılıç isə qəsdən adam öldürmə və qəsdən xəsarət yetirmə maddələri üzrə 14 cinayət qeydiyyatına malik olub.

Hadisənin başvermə səbəbləri araşdırılır, polis istintaqı davam etdirir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki