Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Qobustan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib.
Referans “Qaynarinfo”ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Əmr imzalayıb.
Əmrə əsasən, daxili xidmət polkovniki Rəfail İslam oğlu Rəcəbov tutduğu vəzifəsindən azad olunaraq təqaüdə göndərilib.