image-kvancbackend

Kıvanç 10 illik həyat yoldaşından ayrılır

Kıvanç Tatlıtuğ ilə həyat yoldaşı Başak Dizer Tatlıtuğun evliliyində böhran yaşandığı iddia olunur.

Referans Media  bildirir ki, müğənni və maqazin yazarı Onur Akay cütlüyün boşanma qərarı verdiyi barədə iddia səsləndirib.

O bildirib ki, Başak Dizer Tatlıtuğ bir müddət tək qalmaq üçün Bodruma yollanıb.

Akay sosial şəbəkədə paylaşdığı məlumatda onların 2023-cü ildə də oxşar bir proses yaşadıqlarını irəli sürüb. İddialar maqazin xarakterlidir və təsdiqlənməyib.

Qeyd edək ki, Kıvanç Tatlıtuğ və Başak Dizer 2016-cı ildə ailə qurub. Cütlüyün Kurt Efe adını verdikləri bir oğulları var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki