Klinikada iynə vurulan qadın öldü

Sumqayıtda klinikalardan birində ölüm qeydə alınıb.

Referans Media  xəbər verir ki, hadisə ötən gün saat 11 radələrində şəhərdəki 45-ci məhəllənin ərazisində yerləşən 3 saylı Ailə Sağlamlıq Klinikasında baş verib.

Belə ki, Sumqayıt sakini 1953-cü il təvəllüdlü Nigar Ağabəy qızı Babaxanova klinikada ona vurulan iynənin təsirindən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki