Aston Martin 2027-ci il üçün pilot heyətini AÇIQLADI

Formula 1-də Aston Martin 2027-ci il üçün pilotlarını seçib.

Referans MEDİA xəbər verir ki, komandanın rəsmi açıqlamasına əsasən, ikiqat dünya çempionu Fernando Alonso və kanadalı pilot Lans Stroll ilə müqavilələr 2027-ci il mövsümü üçün də uzadılıb.

Beləliklə, Aston Martin rəhbərliyi hər iki sürücü ilə əməkdaşlığı davam etdirmək qərarı verib.

Hazırda davam edən 2026-cı il Formula 1 mövsümündə Aston Martin cəmi 3 xal toplayıb və Konstruktorlar Kubokunda 10-cu pillədə qərarlaşıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki