Köçəryanla bağlı mühüm qərar verilir

Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) ikinci prezident Robert Köçəryana qarşı cinayət təqibinin başlanmasına icazə verib.

Referans Media APA-ya istinadla xəbər verir ki, bu barədə MSK-nın iclasından sonra vəkil Aram Orbelyan jurnalistlərə bildirib.

“Komissiya cinayət təqibinə icazə verdi”, – Orbelyan deyib.

O qeyd edib ki, ittiham vəzifə səlahiyyətlərindən sui-istifadə, çirkli pulların yuyulması ilə bağlıdır.

Qeyd edək ki, Ermənistan Baş Prokurorluğu Mərkəzi Seçki Komissiyasına ölkənin 2-ci prezidenti, “Ermənistan” blokunun lideri Robert Köçəryana qarşı cinayət təqibinin başlanmasına icazə verilməsi üçün vəsatət təqdim edib. Koçaryandan başqa deputatlığa namizədlər Asatur Köçəryan və Ruslan Barseqyanın da toxunulmazlığının ləğv edilməsi üçün MSK-ya müraciət olunub.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistanın sabiq prezidenti Robert Köçəryan Zvartnots hava limanından ölkəni tərk etməyə cəhd edib. Məlumata görə, hüquq-mühafizə orqanları buna mane olaraq onun ölkəni tərk etməsinin qarşısını alıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki