Kolumbiya ABŞ-ın hərbi əməliyyatları və Donald Trampın təhdidləri fonunda milli anti-dron sistemi qurur.
Bu barədə “Defence Blog” məlumat yayıb.
Nəşr yazır ki, Kolumbiya təxminən 1,6 milyard dollar dəyərində çoxsəviyyəli “anti-dron qalxanı” yaradacaq.
Sistem ölkənin hava məkanını, sərhədlərini, kritik infrastruktur və böyük şəhərləri qorumaq üçün nəzərdə tutulub.
Layihə erkən aşkaretmə sistemlərini, radioelektron mübarizə vasitələrini, fiziki müdaxilə cihazlarını və idarəetmə mərkəzlərini birləşdirəcək və ölkənin hava təhlükəsizliyinə ən böyük investisiya olacaq.//globalinfo.az























