Azərbaycanda 2 nəfəri elektrik vurub öldürdü

Azərbaycanda iki nəfəri cərəyan vuraraq öldürüb.

Astara rayonu Kijəbə qəsəbə sakini, 36 yaşlı Babək Baxşıyev kəndin ərazisində elektrik dirəyində təmir işləri görərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Bundan başqa, Xaçmaz rayonu, Xudat kənd sakini, 49 yaşlı Zakir Rəcəbovun idarə etdiyi “Belarus” markalı 90 M 994 N-li traktorun tüstü borusu əkin sahəsinin üzərindən keçən elektrik naqilinə dəyib və cərəyanı vurması nəticəsində ölüb./lent


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki