Fransanın paytaxtı Parisdə baş verən bıçaqlı hücum nəticəsində 3 qadın yaralanıb.
Yerli KİV-in məlumatına görə, hadisə Klişi (Clichy) meydanı yaxınlığında baş verib. Təxminən 30 yaşlarında olduğu bildirilən şəxs əlində iki bıçaqla ətrafdakı insanlara hücum edib.
Yaralananlar arasında hamilə qadının da olduğu qeyd edilir. Hər üç yaralı xəstəxanaya çatdırılıb və onların həyatına təhlükə olmadığı bildirilir.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs hadisə yerində saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Hücumun motivi hələlik açıqlanmayıb.
