Konqoda Ebola qurbanlarının sayı 1405-ə çatdı

Konqo Demokratik Respublikasında (KDR) mayın 15-də elan edilən Ebola epidemiyasında ölənlərin sayı 1405-ə, təsdiqlənmiş yoluxma sayı isə 3200-ə yüksəlib.

KDR Səhiyyə Nazirliyinin məlumatına görə, epidemiya ölkənin İturi, Şimali Kivu, Cənubi Kivu, Haut-Uele və Tşopo əyalətlərini əhatə edir. Hazırda 773 nəfər xəstəxana və izolyasiya mərkəzlərində müalicə alır, 571 nəfər isə sağalıb.

Səhiyyə rəsmiləri virusun yayılmasının qarşısını almaq üçün xəstələrin müalicəsi və təmasda olan şəxslərin izlənməsi işlərinin davam etdirildiyini bildiriblər.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) mayın 17-də Ebola epidemiyası ilə bağlı beynəlxalq fövqəladə vəziyyət elan edib. Mütəxəssislərin sözlərinə görə, hazırkı epidemiya nadir rast gəlinən "Bundibugyo" Ebola variantından qaynaqlanır və bu virusa qarşı təsdiqlənmiş peyvənd və ya xüsusi müalicə üsulu mövcud deyil.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki