İspaniya hökuməti yeni “iqlim sığınacaqları”nın maliyyələşdirilməsi üçün 10 milyon avro ayıracaq.
Referans Media xəbər verir ki, bu barədə ölkənin Baş naziri Pedro Sançes X sosial şəbəkəsində məlumat verib.
“İqlim sığınacaqları” insanların güclü istilər və digər ekstremal hava hadisələri zamanı sığınması üçün nəzərdə tutulmuş məkanlardır”, – deyə o bildirib.
Sançes qeyd edib ki, hökumət kənd və şəhərlərin ekoloji keçidə hazırlanması üçün isə əlavə 9 milyon avro ayıracaq.
Xatırladaq ki, bundan əvvəl İspaniya hakimiyyəti meşə yanğınları ilə bağlı Madrid muxtar icması və Kastiliya və Leon muxtar icmasının Avila əyalətində fövqəladə vəziyyət elan etmişdi. Alovun sürətlə yayılması səbəbindən təxminən 11,5 min nəfər təxliyə olunub.
Bundan əvvəl klimatoloq Aleksey Karnauxov Rusiya və Avropada müşahidə olunan anomal istilərin qlobal istiləşmənin nəticəsi olduğunu bildirib.
Onun sözlərinə görə, Avropada temperatur rekordları əsasən 0,5–1 dərəcə üstələyirsə, Rusiyanın Arktika bölgəsində havanın temperaturu birdən-birə 10 dərəcə artıb. Alim bunu “fövqəladə hadisə” adlandırıb./Globalinfo.az/
