Aİ Fransa və İspaniyadakı meşə yanğınları ilə mübarizəyə dəstək verir

Avropa İttifaqı (Aİ) Fransa və İspaniyada davam edən genişmiqyaslı meşə yanğınları ilə əlaqədar Aİ Mülki Müdafiə Mexanizmi çərçivəsində hava və quru dəstəyi göstərildiyini açıqlayıb.

Aİ Komissiyasının məlumatına görə, yanğınlar nəticəsində hər iki ölkədə 300 mindən çox insan təxliyə edilib. Fransaya Çexiya, Xorvatiya, Almaniya, Portuqaliya, Slovakiya, İsveç və Türkiyədən 7 yanğınsöndürən təyyarə və 4 helikopter, İspaniyaya isə Yunanıstan, İtaliya və Türkiyədən 6 təyyarə göndərilib. Bundan əlavə, Portuqaliyadan 134 nəfərlik heyət və 41 texnika cəlb olunub.

Aİ-nin Copernicus peyk xidməti fövqəladə xəritələrlə əməliyyatlara dəstək verir. Komissiya əlavə yardım imkanlarının da qiymətləndirildiyini bildirib.

Qeyd edək ki, Fransa tarixinin ən ağır yanğın mövsümlərindən birini yaşayır. İlin əvvəlindən bu ölkədə 98 min hektardan çox ərazi yanıb, bəzi bölgələrdə yanğınlar hələ də nəzarət altına alınmayıb. Türkiyə isə İspaniyaya dəstək məqsədilə 2 yanğınsöndürən təyyarə göndərib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki