backend

Körpü uçdu, kombayn kanala aşdı: Ölən var

Sabirabadda kombayn kanala aşıb.

 

Referans Media  APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Sarxanbəyli kəndində qeydə alınıb.

 

Kənd sakini 1988-ci il təvəllüdlü (37yaş) Nurlan Zəbulla oğlu Kərimov idarə etdiyi pambıqyığan kombaynla kəndin ərazisindəki “Mil-Muğan” dren-kollektorun üzərindəki körpüdən keçərkən körpünün uçması nəticəsində kombayn kanala aşıb.

 

Nəticədə sürücü hadisə yerində ölüb.

 

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki