Kubanın milli elektrik şəbəkəsi bir ay ərzində üçüncü dəfə tamamilə sıradan çıxıb.
Referans Media xəbər verir ki, məlumatı Kuba Dövlət Elektrik Şirkəti açıqlayıb. Milli enerji şirkətinin Havana filialı Telegram kanalında bildirib ki, “saat 18:32-də milli elektrik şəbəkəsi tamamilə dayandırılıb”.
Kubada əvvəlki elektrik kəsintisi 16 martda baş verib. Elektrik şəbəkəsi bərpa olunsa da, uzunmüddətli elektrik kəsintiləri davam edib. Əvvəlki oxşar çökmə 4 martda baş vermişdi.























