Hava ilə bağlı XƏBƏRDARLIQbackend

Hava ilə bağlı XƏBƏRDARLIQ

  Avqustun 8-i axşamdan 11-i gündüzədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Referans  xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

 
Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında, Culfa, Ordubad, Daşkəsən, Gədəbəy, Gəncə, Goranboy, Naftalan, Xızı, Qobustan, Cəlilabad, Biləsuvar, Mingəçevir, Hacıqabul, Sabirabad, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, İmişli, Beyləqan, Zərdab, Yevlax, Tərtər, Bərdə, Kəlbəcər, Laçın, Zəngilan, Cəbrayıl, Şirvan, Salyan, Neftçala, Saatlı, Ağcabədidə fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
 
   


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki