Kürdəmirdə faciə: Azyaşlı pəncərədən yıxılıb öldü

Kürdəmirdə azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirib.

Referans Media  APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Babək küçəsində baş verib.

Belə ki, şəhər sakini, 2023-cü il təvəllüdlü Yusif Qədir oğlu Vahidov ehtiyatsızlıqdan yaşadığı çoxmərtəbəli binanın 5-ci mərtəbəsinin pəncərəsindən yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki