backend

“Kurtlar Vadisi”nin Polat Alemdarı 54 yaşını qeyd etdi – Paylaşımı böyük marağa səbəb oldu

Türkiyə televiziya tarixində “Kurtlar Vadisi” serialında canlandırdığı Polat Alemdar obrazı ilə tanınan aktyor Necati Şaşmaz 54 yaşını qeyd edib.

Referans Media xəbər verir ki, uzun müddətdir mediadan uzaq həyat sürən Necati Şaşmaz doğum günü münasibətilə sosial şəbəkə hesabında iki oğlu ilə birlikdə çəkilmiş fotolarını paylaşıb.

Paylaşımda oğulları Ali Nadir və Yusuf Əmirin illər ərzindəki dəyişimi diqqət çəkib.

Qeyd edək ki, Necati Şaşmaz 2012-ci ildə Nagehan Kaşıkçı ilə ailə qurmuş, cütlük 2019-cu ildə boşanmışdı. Aktyorun paylaşımı sosial mediada maraqla qarşılanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki