Küveyt hava limanının vurulma anı — VİDEO

Küveyt Beynəlxalq Hava Limanının terminalına İranın "Şahid" tipli pilotsuz uçuş aparatı (PUA) tərəfindən zərbə endirilməsinin görüntüləri yayılıb. Hadisə anı hava limanının ərazisindəki təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb.
Referans Media  xəbər verir ki, görüntülərdə kamikadze PUA-nın böyük sürətlə terminal binasına çırpılması və ardınca güclü partlayışın baş verməsi əks olunub.

Zərbə nəticəsində hava limanının infrastrukturuna ciddi ziyan dəydiyi, ətrafdakı tikililərin və şüşə konstruksiyaların dağıldığı görünür.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki