Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen 2029-cu ildə keçiriləcək seçkilərdə üçüncü dəfə bu vəzifəyə namizəd olmağı planlaşdırmır.
Referans Media xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Bildirilir ki, onun yaxın çevrəsində mühüm vəzifə tutan Björn Seibert qapalı görüş zamanı artıq bu barədə qərar verildiyini deyib.
“Mənbələrə görə, bu addım Avropa İttifaqında (Aİ) Komissiya rəhbərinin səlahiyyətlərinin mərkəzləşdirilməsi ilə bağlı yaranan narahatlıqları azaltmaq üçündür”, – deyə nəşr yazıb
