2024-cü
ilin iyul ayında fəaliyyətə başlayan “Global Selfcare” şirkəti
bu gün Azərbaycanın uşaq bezi bazarında uğurla mövqeyini qoruyan “Lody
Baby” markasının 1 illiyini qeyd edir. Qısa müddətdə həm valideynlərin
etibarını qazanan, həm də aptek və market şəbəkələrində geniş şəkildə təmsil
olunan bu marka, bazarda sürətlə böyüyən yerli distribütor brendlərdən birinə
çevrilib.
Referans xəbər verir ki, yubiley münasibətilə təşkil olunan tədbirdə, “Global Selfcare” komandası
Bakı və regionlar üzrə partnyorlarla bir araya gələrək həm keçilən yola nəzər salıb, həm də gələcək planları müzakirə edib. Tədbir
çərçivəsində partnyorlarla keçirilən görüşlər, əməkdaşlığın inkişafı və satış hədəfləri
baxımından əhəmiyyətli müzakirələrlə yadda qalıb.
“Global
Selfcare” şirkətinin CEO-su Sərxan Məmmədov yubileylə bağlı
fikirlərini belə ifadə edib:
Uşaq
sağlamlığı və rahatlığı bizim üçün əsas prioritetdir. Lody ilə başladığımız bu
yol, sadəcə bir məhsul satışı deyil – ailələrə, körpələrə göstərilən diqqət və
qayğının göstəricisidir. Cəmi bir il ərzində qazandığımız
etibar və genişlənən müştəri bazası bizim üçün böyük motivasiyadır. Hədəfimiz –
hər evə, hər körpəyə rahatlıq və keyfiyyət çatdırmaqdır.
Tədbirdə çıxış edən şəxslərdən biri də “Bridge Group” şirkətinin CEO-su Fərid İskəndərov
olub. O, Lody brendinin ölkədə doğru zamanda doğru yanaşma ilə təqdim
edildiyini vurğulayaraq, distribusiya modeli və komanda işi ilə bağlı fikirlərini
bölüşüb.
Tədbirin xüsusi qonağı – Lody brendinin istehsal
olunduğu fabrikin sahibi də tədbirdə
iştirak edib və çıxışında Azərbaycan bazarına olan etibarını, məhsulun beynəlxalq
keyfiyyət standartlarını və Global Selfcare ilə əməkdaşlığın güclü tərəflərini
qeyd edib. O, həmçinin yaxın gələcəkdə yeni texnologiyalar və innovativ
yanaşmalar əsasında hazırlanmış uşaq gigiyena məhsullarının təqdim ediləcəyini
qeyd edib.
“Lody” markası gələcəkdə məhsul
çeşidini genişləndirməyi, həmçinin rəqəmsal platformalarda və sosial məsuliyyət
layihələrində daha aktiv iştirak etməyi planlaşdırır.
Bu
münasibətlə “Global Selfcare” komandası və əməkdaşları şirkətin ilk
ildönümünü xüsusi tədbirlə qeyd edir və bütün tərəfdaşlara, valideynlərə və
komanda üzvlərinə təşəkkür edir.
Əlavə
məlumat üçün:
info@globalselfcare.az
www.globalselfcare.az
instagram/Facebook: @lodyazerbaycan